Qanunsuz ov edən şəxs saxlanıldı - FOTO

  03 Fevral 2020    Oxunub : 1478
Qanunsuz ov edən şəxs saxlanıldı - FOTO
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Mahmudçala adlanan ərazidə qanunsuz ov edən rayonun Xırmandalı kənd sakini Bayram Teymurov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin şəxsdən müvafiq sənədləri olmayan İj-43 markalı ov tüfəngi, ov üçün nəzərdə tutulmuş səs qurğusu və 4 ədəd ov quşu aşkar edilərək götürülüb.

B. Teymurov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.



Azvision.az

Teqlər: DİN