İmişlidə minik avtomobili Kür çayına düşüb - FOTO

İmişlidə minik avtomobili Kür çayına düşüb -  FOTO
  03 Fevral 2020    Oxunub:2479
İmişli rayonunun Ağamalılar kəndində minik avtomobili Kür çayına düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.

Hadisə yerinə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc qrupu tərəfindən avtomobilin yeri müəyyən edilib. Avtomobil Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.







Anar Kəlbiyev
Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti