Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb - Yenilənib

 Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb -  Yenilənib
  03 Fevral 2020    Oxunub:4156
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Azvision.az -a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Quba sakini yanvarın 17-də ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı, böyrək transplantasiyasından sonrakı vəziyyətlə Reanimasiya şöbəsinə daxil olub.

Xəstə fevralın 2-də saat 05:10-da ağciyər–ürək çatışmazlığından ölüb.

***
(14:55)

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb. .

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) Azvision.az -a verilən məlumata görə, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər- ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yavarın 30-da saat 21.45 daxil olub.

Xəstə fevralın 3-də saat 07.30-da ölüb.

Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti