Qusarda 14 yaşlı oğlan itkin düşüb - FOTO

Qusarda 14 yaşlı oğlan itkin düşüb -    FOTO
  03 Fevral 2020    Oxunub:2963
Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Nurulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Əmrah Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm, orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.

Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti