Çindən təxliyə olunanların analiz nəticələri açıqlandı

Çindən təxliyə olunanların analiz nəticələri açıqlandı
  03 Fevral 2020    Oxunub:2709
Çindən Türkiyəyə təxliyə edilən şəxslərin analizlərinin ilkin nəticələri açıqlanıb.
Azvision.az -ın məlumatına görə, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, aralarında Azərbaycan vətəndaşlarının da olduğu 62 nəfərdə koronavirusun əlamətləri aşkarlanmayıb. Onun sözlərinə görə, hazırda karantində saxlanılan şəxlər hər üç gündən bir təkrar müayinələrdən keçirilir.

Qeyd edək ki, Çində ölümcül koronavirusun geniş yayıldığı Uhan şəhərində yaşayan 42 nəfər Türkiyəyə gətirilib. Onlardan 6-sı Azərbaycan vətəndaşıdır.

Azvision.az



Teqlər: Çin   Türkiyə   Koronavirus  





Xəbər lenti