13 yaşında şirkət qurdu, indi milyonlar qazanır - FOTOLAR

13 yaşında şirkət qurdu, indi milyonlar qazanır -  FOTOLAR
  03 Fevral 2020    Oxunub:3650
Şotlandiyanın Qlazqo şəhərində anadan olan Olivia Conlon adlı qız 13 yaşında məktəbi tərk edərək süni dırnaqların satışına başlayıb. İndi 21 yaşı olan gənc qız biznesini genişləndirib və milyonlar qazanır.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, Liv Conlonun uğur hekayəsi məktəbdə ona qarşı münasibət və həyatından bezməsi ilə başlayır.



Bütün bunlara baxmayaraq, Liv 13 yaşında Çindən aldığı süni dırnaqları sataraq ticarətə başlayıb və 5 min sterlin (təxminən 9 min 900 manat) pul qazanıb.



Təzyiqlərdən bezən Liv məktəbdən ayrıldıqdan sonra maliyyə yardımı olmadan evlərin təmiri ilə məşğul olan “The Property Stagers” adlı şəxsi şirkətini yaradıb. Gənc qız birinci ildə 30 min funt sterlinq (təxminən 59 min manat), ikinci ildə isə 1 milyon funt sterlinq (təxminən 2 milyon manat) qazanc əldə edib.

Qısa zamanda 300-dən çox sifariş alan Liv anası və qardaşını da işə alaraq 10 nəfərlik heyət qurub. İndi onun gəlirləri milyonlarla dollar civarındadır.









Azvision.az


Teqlər: Məktəb   Şirkət  





Xəbər lenti