“Lotu Quli”ni öldürmək istəyənlərin görüntüləri yayıldı - FOTO

  03 Fevral 2020    Oxunub : 21890
“Lotu Quli”ni öldürmək istəyənlərin görüntüləri yayıldı - FOTO
Xəbər verdiyimiz kimi, ötən həftənin şənbə günü İstanbul polisi müxtəlif cinayətlərdə iştirakı müəyyənləşdirilən dəstə üzvlərinə qarşı əməliyyat keçirib.
Azvision.az xəbər verir ki, əməliyyat nəticəsində 9-u azərbaycanlı olmaqla ümumilikdə 17 nəfər saxlanılıb. Onlardan biri milliyətcə rus, 2-si ukraynalı, 5-i gürcüdür.

Aparılan axtarışlar zamanı 11 tapança və 222 ədəd müxtəlif çaplı patron ələ keçirilib. Şübhəlilərin “Lənkəranski” ləqəbli ilə tanınan mərhum “qanuni oğru” Rövşən Caniyevin intiqamını almaq üçün İstanbula gəldikləri məlum olub. Onların "Lotu Quli” ləqəbli "qanuni oğru" Nadir Səlifovu öldürmək planı üzə çıxıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Türkiyə mətbuatı “Lotu Quli”ni öldürmək istəyən dəstəyə qarşı keçirilən əməliyyatın görüntülərini yayıb.











Azvision.az

Teqlər: Türkiyə   Lotu-Quli