Koronavirusa yoluxanlar üçün 10 günə tikilən xəstəxana - FOTOLAR

Koronavirusa yoluxanlar üçün 10 günə tikilən xəstəxana -  FOTOLAR
  03 Fevral 2020    Oxunub:4953
Çinin Uhan şəhərində koronavirusla əlaqədar 10 gün ərzində inşa edilən xəstəxana fəaliyyətə başlayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni növ koronavirus (2910-nCoV) xəstələri üçün xüsusi olaraq tikilən xəstəxana 1000 çarpayılıqdır. 50 min kvadratmetr ərazidə salınan ikimərtəbəli binada 30 reanimasiya şöbəsi var. Tibb müəssisəsində 7 min nəfərlik heyət işə cəlb olunub.

Hazırda Uhanda iki həftə ərzində tamamlanacağı elan edilən 1500 çarpayılıq digər bir xəstəxananın inşası davam edir.











Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin   Uhan   Koronavirus  





Xəbər lenti