Seçki bülletenlərinin DSK-lara verilməsi sabah başa çatır

Seçki bülletenlərinin DSK-lara verilməsi sabah başa çatır
  03 Fevral 2020    Oxunub:1821
Azərbaycanda fevralın 9-a təyin edilmiş Milli Məclisə seçkilərdə seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti sabah başa çatır.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasında Milli Məclisə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 5 gün qalanadək, 2020-ci il fevralın 4-dək dairə seçki komissiyalarına verilməlidir.

Fevralın 4-də, həmçinin hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müstəsna hallarda seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Seçki   Parlament   Deputat  





Xəbər lenti