Sahib Alıyev təxribatçıları ifşa etdi: “Mafiozların əlində alətdirlər” - VİDEO

      Sahib Alıyev təxribatçıları ifşa etdi:    “Mafiozların əlində alətdirlər” -    VİDEO
  04 Fevral 2020    Oxunub:8738
Tərtərdən deputatlığa namizəd olan Sahib Alıyev ona qarşı təxribatçı hərəkətlər törədənləri ifşa edib. “Mən susduqca hansı mənəviyyatın, savadın, ağlın və psixologiyanın daşıyıcıları olduqları etdikləri hərəkətdən aydın sezilən bəzi namizədlər həddini aşır, seçicilərin əksəriyyətinin mənə olan rəğbətini və on illik fəaliyyətimlə bağlı heç bir əsaslı irad tuta bilməyəcəklərini görüb, şantaja, böhtana, təxribata əl atırlar”,- deyə o, feysbuk profilində yazıb.
Sahib Alıyev bildirib ki, artıq neçənci dəfədir, deputatlığa namizədlər Pənah Məmmədov, Ruxi Hüseynov, Şəhriyar Məmmədov, Ziya Mahmudov keçirdiyi görüşlərə vəkillərini, eyni zamanda, öyrədilmiş adamları göndərərək, kampaniya aparmağına mane olurlar: “Sonda adlarını çəkdiyim 3 nəfər hətta özləri də seçicilərlə görüşümə gəlib təxribat törətməyə cəhd ediblər ki, bu da etikadan uzaq olmaqla yanaşı, həm də kobud qanun pozuntusudur. Ziya Mahmudov 5-6 dəfədir bu cür yumşaq desək, həddini aşan hərəkətlərə yol verir. O, hər dəfə savadına və xarakterinə uyğun şəkildə müəyyən ittihamlar səsləndirir, səbrlə dinlənilib təmkinlə cavabı verildikdən sonra həmin videonun ancaq özü danışan hissəsini paylaşaraq, nəlbəkidə fırtına yaratmağa cəhd edir. Məsələn soruşur ki, niyə sən aprel döyüşlərində Tərtərdə olmamısan, amma filankəs olub. Mən deyəndə ki, böhtan atırsan, döyüş gedən günlər Tərtərdəydim və 100 metrliyimdə də mərmi partlayıb, həmin videonun cavab hissəsini kəsib, sual hissəsini yayır. Halbuki, mənim aprel döyüşləri zamanı burada olduğumu milyonlarla adam bilir, çünki cəbhədən birbaşa İTV-nin efirinə gedərək, Anar Yusifoğlunun verilişində Tərtərdə nələr baş verdiyini anlatmışam”.

Sahib Alıyev şəhid oğlu olan həmin şəxsin atasının ruhu qarşısında baş əydiyini deyərək, təəssüflə bildirib ki, onun özü hər vəchlə Tərtərdə seçki prosesinin gedişini pozmağa çalışan bəzi mafiozların əlində alətə çevirilib.

Deputatlığa namizəd bildirib ki, Tərtərdə Mədəniyyət Mərkəzində gənclərlə keçirdiyi görüşə gələnlərin də məqsədi bu idi: “O görüşdə sözü gedən şəxs yenə çılğınlıq edərək qarışıqlıq salmaq istədi, mən onu axıradək səbrlə dinləyib cavabını verdikdən sonra isə əlimi sıxıb getdi. Düşündüm, yəqin, səhvini anladı. Həm də anladı ki, qarşısındakını heç cür şantaj etmək mümkün deyil. Və mənim Tərtər camaatı qarşısında üzüm ağ, alınım açıqdır. Onlara ləyaqətlə xidmət etmişəm, əgər yenidən deputat seçəcəklərsə, indən sonra da o cür ləyaqətlə xidmət etməyə hazıram.

Bilirsiniz, burada kimin kim olduğunu, nə baş verdiyini və niyə baş verdiyini hər kəs yaxşı bilir. Amma haylara açıq dəstək verən çevrələrə bağlı sayt və səhifələr buradan həmən Ziya Mahmudova və digərlərinə dayanaraq təhrif edilmiş materiallar yayırlar. Soruşuram, həmin materialların heç birində niyə mənim cavablarım getmir, ən yaxşı halda isə kəsilmiş halda verilrir. Ona görə ki, onda real vəziyyət görünər. Görünər ki, Sahib Alıyev kimdir, onun nüfuzuna xələl gətirməyə çalışanlar və onların arxasında dayananlar kim.



Bir sıra hallarda başında duranlarn xaricdəki bəlli çevrə və strukturlara xidmət edən o sayt və səhifələrin canfəşanlığına gəldikdə isə burada məqsəd birincisi, Azərbaycanda keçirilən parlament seçkisinin demokratikliyini şübhə altında qoymaqdır. Bunun ardından isə Dağlıq Qarabağdakı uydurma rejimin keçirilməsi planlaşdırılan qanunsuz seçkisinin "demokratikliyi"ndən dəm vurulacaq. Bunun nəyə görə lazım olduğu isə hər kəsə aydındır.

Təbii ki, burada mənim kimliyim də az rol oynamır. Çünki mən o deputatlardan olmuşam ki, həmən sayt və səhifələri yönləndirən və yönəldənlərin dövlətimiz haqda yaydıqları şər-böhtana açıq mövqe ortaya qoymaqla çəkinmədən cavab vermişəm, indən sonra da verəcəyəm. Mən dövlətimin əsgəriyəm, həmişə də əsgəri olaraq qalacağam!



Teqlər: Seçki   Tərtər   Sahib-Alıyev  





Xəbər lenti