“Azərişıq” regionlarda qabaqlayıcı tədbirlər görür

“Azərişıq” regionlarda qabaqlayıcı tədbirlər görür
  04 Fevral 2020    Oxunub:2203
Azərbaycanın bir sıra regionlarında güclü küləyin əsməsi "Azərişıq" ASC-ni qabaqlayıcı tədbirlər həyata keçirməyə vadar edib.
Bu barədə Azvision.az -a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, hazırda ölkə üzrə elektrik enerjisi təchizatında heç bir problem yoxdur:

"Bu gecədən etibarən ölkənin bir sıra dağlıq və dağətəyi regionlarında güclü külək əsməyə başlayıb. Bu küləklər, xüsusən də Gədəbəy, Tovuz, Lerik və Şamaxı rayonlarında mövcuddur. Bu səbədən "Azərişıq" baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün önləyici tədbirlər görür. Hazırda ölkəmizin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı çətinliklə bağlı "Azərişığ"ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət etsinlər".

Azvision.az


Teqlər: Azərişıq   Enerji   Külək  





Xəbər lenti