Sərhəddə 50 kq narkotik tutulub, 6 nəfər saxlanılıb - FOTOLAR

  04 Fevral 2020    Oxunub : 3071
Sərhəddə 50 kq narkotik tutulub, 6 nəfər saxlanılıb - FOTOLAR
Son müddət ərzində Azərbaycan-İran dövlət sərhədində külli miq­darda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınmış, təq­sir­kar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması tə­min edilib.
DSX-dan Azvision.az -a verilən məlumata görə, bu nəticələr dövlət sərhədinin fiziki və texniki yolla mühafizəsinin tək­mil­­ləşdirilməsi, bilavasitə dövlət sərhəd xəttində müasir müşahidə və aş­karetmə avadanlıqlarının tətbiqi, əməliyyat-axtarış fəa­liy­­­yə­tinin genişlən­diril­­­məsi, İran İs­lam Respublikasının sərhəd qoşunları ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi sayəsində əldə olunub. Dövlət sərhə­di­nin etibarlı müha­fizəsi istiqa­mətində həyata keçirilmiş əməliyyat-axta­rış və qoşun tədbirləri nəticəsində cari ilin yanvar ayının 1-dən etibarən 5 halda ümumi çəkisi 50 kq 230 qram və 8500 ədəd həb şəklində narkotik vasitənin və psixotrop maddələrin qaçaqmal yolu ilə ölkə əra­zisinə gətiril­məsinin qarşısı alınıb, 4 nəfər Azər­bay­can Respublikasının və 2 nəfər İran İslam Res­pub­likasının vətən­da­şı saxlanı­laraq cinayət məsuliy­yətinə cəlb olunub­lar.



Təkcə son 10 gün ərzində Azərbaycan-İran dövlət sərhədində 3 hal­da ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb: 26 yanvar tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmiş­li rayonunun Bəhrəm­təpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xid­­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublika­sına doğru hərəkət edən 1 nəfər naməlum şəxs tərəfindən dövlət sərhə­dinin pozulmasının qarşısı alınıb, qaçaqmalçı əlindəkiləri ataraq geri qaç­ıb. Hə­min ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­rilib, nəti­cədə 1 ədəd kisənin içərisində ümumi çəkisi 1 kq 900 qram narkotik va­sitə aşkar olu­naraq götürülüb.



01 fevral tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kən­di yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahə­sində İran İslam Res­pub­likasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər namə­lum şəxs sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozu­cu­larına qarşı silah­dan havaya xəbərdarlıq məqsədilə atəş açılıb və sər­həd pozucuları əllərindəki çanta ilə qaçmaq istəyərkən saxlanılıblar. Sax­lanılan şəxslərin İran İslam Respublikasının vətən­daşları 1980-ci il təvəl­lüdlü Rza Zend Xanhüseyn və 1986-cı il təvəllüdlü Muradi Talıb Bay­ram olması müəyyən­ləş­dirilib. Sərhəd pozucu­la­rının üzərinə baxış za­manı ümu­mi çəkisi 9 kq 485 qram narkotik vasitə və 823 ədəd həb, həmçinin 1 ədəd SUR-2608 markalı tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar olunaraq götürülüb.



02 fevral tarixində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cə­li­labad rayonunun Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respub­likasına doğru hərəkət edən 2 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd pozucuları əllərindəki çantanı əraziyə ata­raq geri qaçıblar. Ərazidə axtarış təd­birləri keçi­rilib, 2 ədəd çantanın içərisində ümumi çəkisi 16 kq 200 qram narkotik vasitə və 5377 ədəd həb aşkar olunaraq götürül­üb. Bu sərhəd pozma hallarının hər biri barədə sərhəd nümayəndəliyi xətti İran sərhədçiləri müvafiq qaydada məlumatlandırılıb, bu kimi hallara qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi razılaşdırılıb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: DSX