Ötən il 45 ölkədən Qəbələyə minlərlə turist gəlib

  04 Fevral 2020    Oxunub : 1393
Ötən il 45 ölkədən Qəbələyə minlərlə turist gəlib
Bu gün Qəbələdə təqribən 2500 yerlik 16 otel və mehmanxanatipli müəssisələr fəaliyyət göstərir.
Azvision.az xəbər verir ki, bunu Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

İcra başçısı bildirib ki, ötən il bu müəssisələrdə 186 mindən çox yerli və əcnəbi turistlərə xidmət göstərilib və təqribən bir o qədər də turist fərdi evlərdə qalıb. Qəbələyə gələn turistlərin 65 faizi, yəni, 121 min nəfəri dünyanın 45 ölkəsinin vətəndaşlarıdır.

Azvision.az

Teqlər: Qəbələ   Turist