Gəncədə bir ildə 5286 yeni iş yeri açılıb

Gəncədə bir ildə 5286 yeni iş yeri açılıb
  04 Fevral 2020    Oxunub:2441
2019-cu ildə şəhər üzrə 3700-ü daimi olan 5286 yeni iş yeri açılıb.
Azvision.az xəbər verir ki, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2003-cü ildən bəri 63 min 373 yeni iş yeri yaradılıb ki, onun da 53 min 586-sı daimidir.

İcra başçısı qeyd edib ki, 2019-cu ildə Gəncə şəhərinə 266 milyon manata yaxın investisiya cəlb edilib: "İş adamları tərəfindən istehsal müəssisələrinin, o cümlədən qeyri-istehsal sahələrinin yaradılması və yenidən qurulması üçün 92 milyon manata yaxın investisiya qoyulub. Bu gün şəhərimizdə alçı və tikinti materialları istehsalı zavodlarında ilkin məhsul istehsalına başlanılıb, o cümlədən illik istehsal gücü 30 milyon ədəd müxtəlif ölçülü kərpic olan zavodda tikinti işləri sürətləndirilib. Bu sənaye müəssisələrinin istifadəyə verilməsi ilə 1000-ə yaxın şəhər sakini işlə təmin ediləcək".

Azvision.az



Teqlər: Gəncə   İcrabaşçısı  





Xəbər lenti