Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar artıb

Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar artıb
  04 Fevral 2020    Oxunub:2279
2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar artaraq 52 milyard dollara çatıb.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində deyib.

Dövlət başçısı bildirib ki, bu, Azərbaycanın strateji ehtiyatıdır, onun iqtisadi müstəqilliyini və böyük dərəcədə siyasi müstəqilliyini təmin edir:

"Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır. Müstəqil siyasət aparmaq üçün bir çox amillər, o cümlədən ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti olmalıdır. Müstəqil siyasət aparmaq üçün Azərbaycanın kifayət qədər imkanları var".

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti