“Miqrasiya Könüllüsü” İctimai Birliyi yeni layihəyə başlayır

  04 Fevral 2020    Oxunub : 1672
“Miqrasiya Könüllüsü” İctimai Birliyi yeni layihəyə başlayır
“Könüllülər ili” ilə əlaqədar “Miqrasiya Könüllüsü” İctimai Birliyi və “Boston Training Center” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Dövlət Miqrasiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, razılaşmaya əsasən şirkət könüllülər üçün xarici dillərin tədrisini və müxtəlif mövzular üzrə təlimlər həyata keçirəcək. Peşəkar müəllimlər tərəfindən ödənişsiz tədris ediləcək dil kursların məzunlarına "Boston Training Center” tərəfindən beynəlxalq sertifikatlar veriləcək.



Memorandumu “Boston Training Center” tərəfindən şirkətin direktoru Maşallah Tağıyev imzalayıb. Yaxın günlərdə dil kurslarında iştirak etmək istəyən könüllülərin qeydiyyatına start veriləcək!.





Azvision.az

Teqlər: DMX