Dənizdə köməksiz qalan 2 balıqçı xilas edildi - FOTOLAR

  04 Fevral 2020    Oxunub : 1561
 Dənizdə köməksiz qalan 2 balıqçı xilas edildi - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­bir­lərinin həyata keçirilməsi davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, fevralın 3-də sааt 12:15 rаdələrində Xəzər dənizinin cənub istiqamə­tində dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən Kürdili adasının cənubunda Lənkərаn rаyоnu Nərimanabad qəsə­bəsindən 8,1 mil məsafədə 2 (iki) nəfər heyət üzvünün “kömək edin” işarəsini nümayiş etdirən hərəkətsiz balıqçı qayıq müşahidə olunub.



Sərhəd gözətçi gəmisi tərəfindən fırtınalı hava şəraitində keçirilmiş xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “BA-5142” bort nömrəli, “Yamaha-40” mühərrikli balıqçı qayıq yedəyə alınmış və sааt 15:10 rаdələrində qayığın heyəti xilas edilərək Nərimanabad qəsəbəsi istiqаmətində sahilə çıxarılıb.



Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Lənkərаn rаyоnu Nərimanabad qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Suleymanov Sədrəddin Yediyar oğlu və 1987-ci il təvəllüdlü Əsgərov Nail Namiq oğlu olmaları müəyyən edilib.

Azvision.az

Teqlər: DSX