MSK sədri: “İstənilən şəxs seçkiləri izləyə biləcək”

 MSK sədri: “İstənilən şəxs seçkiləri izləyə biləcək”
  04 Fevral 2020    Oxunub:2792
“Artıq neçənci seçkilərdir ki, vebkamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədəri, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, vebkameralara daxil olmaq çox sadədir: “Heç bir icazə tələb olunmur. İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər. Yer kürəsinin harasında olmasından asılı olmayaraq, istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləyə biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti