Prokurorluq hədə-qorxu ilə pul tələb edən şəxsin azadlığa buraxılmasına etiraz edib
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Cəfərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilmiş və 25 yanvar 2020-ci il tarixdə E.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müdafiəçinin vəsatəti əsasında E.Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə zalından azadlığa buraxılıb. Yasamal rayon prokurorluğu qeyd edilən qərarla razılaşmayaraq apellyasiya protesti verib.
Azvision.az
Teqlər: Prokurorluq