Gəncə-Böyük Kəsik dəmir yolu istiqamətində yenilik

  04 Fevral 2020    Oxunub : 2045
Gəncə-Böyük Kəsik dəmir yolu istiqamətində yenilik
Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılır.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Azvision.az -a verilən məlumata görə, dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində ümumilikdə 171 yoldəyişən qurğunun qoyulması nəzərdə tutulur:

Prosesə ötən ilin avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 119 yoldəyişən təzələnib. Sabah Tovuz stansiyasında daha 6 yoldəyişən təzələnməsi planlaşdırılır. Prosesi “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edir. Yoldəyişən qurğular dəmir-beton tirlər üzərində qoyulur ki, bu da hərəkətin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi baxımından çox əlverişlidir və sürətin artırılmasına imkan verir. Yeni yoldəyişənlər üzərindən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçəcək.

Azvision.az

Teqlər: Dəmiryolu   Gəncə   BöyükKəsik