Nazir müavini Qubada vətəndaşları qəbul edib

Nazir müavini Qubada vətəndaşları qəbul edib
  04 Fevral 2020    Oxunub:2576
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 4-də Ədliyyə nazirinin müavini Eldar Nuriyev Quba şəhəri Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Quba şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə ehtiram bildirilib.

Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Qaldırılan məsələlərin həlli üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə tapşırıqlar verilib.

Səfər çərçivəsində nazir müavini, həmçinin yerli məhkəmə və ədliyyə qurumlarının iş şəraiti, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Quba “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azvision.az


Teqlər: Nazirlik   Qəbul  





Xəbər lenti