Türkiyədə qar uçqunu olub, ölənlər var - FOTO

Türkiyədə qar uçqunu olub, ölənlər var -    FOTO
  05 Fevral 2020    Oxunub:3652
Bu gün axşam saatlarında Türkiyənin Van-Bahçesaray avtomagistralında qar uçqunu olub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, içərisində 10-dan çox sərnişin olan bir mikroavtobus və traktor uçqun altında qalıb. Əraziyə xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. Axtarışlar nəticəsində nəqliyyat vasitəsinin yerini müəyyən etmək mümkün olub.

Van vilayətinin valisi Mehmet Emin Bilmez bildirib ki, qan uçqunu nəticəsində mikroavtobusda olan 5 nəfər həlak olub, 7 sərnişin xilas edilib. Ölənlərin cəsədləri aidiyyatı üzrə təhvil verilib.





Azvision.az



Teqlər: Türkiyə   Qar   Uçqun  





Xəbər lenti