Bakıda itkin düşən 3 nəfər tapılıb

Bakıda itkin düşən 3 nəfər tapılıb
  05 Fevral 2020    Oxunub:2358
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində baş verən cinayət hadisələrinin statistik məlumatlarıını açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də 9 cinayətin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: Polis  





Xəbər lenti