Belarus səfiri Həzi Aslanovun abidəsini ziyarət edib - FOTO

Belarus səfiri Həzi Aslanovun abidəsini ziyarət edib -    FOTO
  05 Fevral 2020    Oxunub:2379
Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və səfirliyin əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə onun abidəsini ziyarət ediblər, abidənin qarşısına gül dəstələri qoyublar.
Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, H. Aslanov Böyük Vətən müharibəsi illərində Belarus ərazisində ən aktiv döyüşlərdə iştirak edib.

Bildirilib ki, birbaşa onun rəhbərliyi altında tank briqadası Vileyka, Molodeçno və ölkənin digər yaşayış məntəqələrini işğaldan azad edib. Qəhrəman tank komandiri, general-mayor Həzi Aslanovun görkəmli xidmətlərinin xatirəsinə ehtiram əlaməti olaraq Belarusun Vileyka şəhərində abidə ucaldılıb.




Azvision.az



Teqlər: Belarus   Həzi-Aslanov  





Xəbər lenti