Fevralın 8-i Azərbaycanda “sükut günü”dür

  Fevralın 8-i Azərbaycanda “sükut günü”dür
  05 Fevral 2020    Oxunub:2383
Milli Məclisə seçkilərlə əlaqədar fevralın 8-i Azərbaycanda “sükut günü”dür.
Azvision.az secki-2020.az saytına istinadən xəbər verir ki, həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.

Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni, “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Seçkiqabağı təşviqat fevralın 8-də saat 08:00-da dayandırılacaq.

Xatırladaq ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Azvision.az



Teqlər: Seçki  





Xəbər lenti