Son 9 ildə Ermənistan ordusunun 633 hərbçisi ölüb

  05 Fevral 2020    Oxunub : 2044
 Son 9 ildə Ermənistan ordusunun 633 hərbçisi ölüb
Son vaxtlar Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən və xəsarət alanların sayı xeyli artıb. Xüsusilə də 2020-ci ilin yanvar ayında bir neçə intihar faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi bununla bağlı statistik məlumatlar yayıb.

Məlumatda bildirilib ki, 2010-2019-cu illər ərzində Ermənistanda və işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrdə ümumilikdə 633 ölüm hadisəsi baş verib. Belə ki, 249 hərbi qulluqçu atəşkəs rejimini pozarkən öldürülüb, 89-u intihar edib. Digərləri isə müxtəlif səbəblərdən ölüb.

Azvision.az

Teqlər: Ermənistan   Qarabağ   Hərbçi