Azərbaycan Ordusu beynəlxalq reytinqdə Ermənistandan 47 pillə yüksəkdədir

  05 Fevral 2020    Oxunub : 2059
 Azərbaycan Ordusu beynəlxalq reytinqdə Ermənistandan 47 pillə yüksəkdədir
Nüfuzlu “Global Firepower“ hərbi-analitika təşkilatı 2020-ci ildə dünyanın ən yaxşı ordularının yeni reytinqini açıqlayıb.
Azvision.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu reytinqini qoruyaraq 138 ölkə arasında 64-cü olub.

Siyahıda qonşu Gürcüstan ordusu 89-cu, Ermənistan isə 111-ci yerdədir. Bununla da, ordumuz Ermənistan silahlı qüvvələrindən 47 pillə yüksəkdə qərarlaşıb.

Reytinqdə dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir. Azərbaycan ordusu təkcə Cənubi Qafqazda deyil, həmçinin MDB məkanında lider mövqelərdən birini tutur.

Qeyd edək ki, “Global Firepower“ 2006-cı ildən dünyanın 138 ölkəsinin ordularının reytinq cədvəlini tərtib edir.

Azvision.az

Teqlər: Azərbaycan   Ordu   Dünya   Düşmən   Güc