Türkiyədə qar uçqununda ölənlərin sayı 38-ə çatıb - Yenilənib

Türkiyədə qar uçqununda ölənlərin sayı 38-ə çatıb -  Yenilənib
  05 Fevral 2020    Oxunub:6948
Türkiyənin Van bölgəsində baş vermiş qar uçqununda ölənlərin sayı 38 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
Türkiyənin Van vilayətində baş vermiş qar uçqununda ölənlərin sayı 23 nəfərə çatıb.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Van vilayətinin valisi Mehmet Emin Bilmez məlumat verib. Onun sözlərinə görə, uçqun altında qalan 2 nəfəri axtaran xilasetmə qrupları qar uçqununa düşüb. Nəticədə 23 nəfər həlak olub.

"İkinci uçqun fəlakətində 8 jandarma, 3 təhlükəsizlik işçisi, 1 yanğınsöndürən və 9 mülki şəxs ölüb. 9 vətəndaşın vəziyyəti ağırdır və xəstəxanalara yerləşdiriliblər. Uçqun altında neçə nəfərin qalması barədə dəqiq məlumat yoxdur", - deyə vali bildirib.

***
Türkiyənin Van vilayətində qar uçqunu olub.

Azvision.az "Anadolu” agentliyinə istinadən xəbər ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

Onun sözlərinə görə, ötən gün qar uçqunu altında qalan şəxsləri çıxarmaq üçün əraziyə cəlb olunan xilasedicilər fəlakətlə üzləşiblər. Nəticədə 8 nəfər uçqun altında qalaraq həlak olub, 25 nəfər isə xilas edilib. Hazırda xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən gün Van vilayətində içərisində sərnişinlər olan mikroavtobusun qar uçqununa düşməsi nəticəsində 5 nəfər ölüb, 7 nəfər xilas edilib.











Pərvanə Sultanova
Azvision.az




Teqlər: Türkiyə   Van   Uçqun  





Xəbər lenti