1000 seçki məntəqəsində vebkamera quraşdırılıb

  05 Fevral 2020    Oxunub : 1065
1000 seçki məntəqəsində vebkamera quraşdırılıb
“Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bu gün keçirilən iclasda deyib.

MSK sədrinin müavini bildirib ki, vebkameraların yoxlanılması, hazır vəziyyətə gətirilməsi başa çatdırılıb: “Bununla bağlı texniki və digər işlər görülüb. Ümumilikdə 119 seçki dairəsi üzrə 1000 vebkamera quraşdırılıb".

İclasda vebkamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi barədə qərar qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament   Deputat