“Yazırlar ki, namizədin görüşünə müəllimlər gəlir” - MSK sədri

“Yazırlar ki, namizədin görüşünə müəllimlər gəlir” -  MSK sədri
  05 Fevral 2020    Oxunub:3122
Deputatlığa namizədlərin hamısına bərabər şərait yaradılmalıdır.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

“Yerli hakimiyyət orqanları namizədə köməklik edirsə, bu məsələ araşdırılmalıdır. Mətbuatda yazırlar ki, namizədin görüşünə müəllimlər, həkimlər gəlir. Niyə onlar görüşə gəlməməlidir? 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”, - deyə MSK sədri əlavə edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti