MSK Fərəc Quliyevlə bağlı qərarını açıqladı

 MSK Fərəc Quliyevlə bağlı qərarını açıqladı
  05 Fevral 2020    Oxunub:12549
Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edib.
Azvision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb.

M.Hüseynovun şikayəti qismən təmin edilib. MSK Fərəc Quliyevə xəbərdarlıq edilməsi ilə bağlı qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsi ciddi nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkədə həmin dairədən namizədliyi irəli sürülmüş Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısında F.Quliyev tərəfindən Mehman Hüseynova namizədliyini geri götürməsi üçün 15 min manat pul təklif olunduğu əks olunub. F.Quliyev isə mətbuata verdiyi açıqlamada səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini bildirib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti