Vasif Talıbov maaşları artırdı

Vasif Talıbov maaşları artırdı
  06 Fevral 2020    Oxunub:2703
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 5-də “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Azvision.az



Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti