3 xəstəxanaya publik hüquqi şəxs statusu verildi

3 xəstəxanaya publik hüquqi şəxs statusu verildi
  06 Fevral 2020    Oxunub:2956
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 5-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə publik hüquqi şəxs statusu verilib.

Azvision.az


Teqlər: Naxçıvan   Xəstəxana   Sərəncam  





Xəbər lenti