Füzulidə top mərmisi və raket aşkarlanıb

Füzulidə top mərmisi və raket aşkarlanıb
  06 Fevral 2020    Oxunub:2453
Fevralın 5-də saat 15:01-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Zobcuq qəsəbəsinin Quruçay adlanan ərazisində yerləşən körpünün yaxınlığından üç ədəd top mərmisinin və üç ədəd qrantamyot mərmisinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qruplarının, Füzuli Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində üç ədəd 100 millimetrlik top mərmisi (OF-412) və üç ədəd tank əleyhinə idarə olunmayan PQ-7S raketi aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 250 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA  





Xəbər lenti