İstanbulda təyyarə qəzasında ölən və yaralı sayı artıb - Yenilənib

  06 Fevral 2020    Oxunub : 5859
 İstanbulda təyyarə qəzasında ölən və yaralı sayı artıb - Yenilənib
İstanbulun Sabiha Gökçən hava limanında baş verən təyyarə qəzasında ölənlərin sayı 3 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, qəzada 179 sərnişin yaralanıb.
İlkin ehtimala əsasən, qəza əlverişsiz hava şəraiti səbəbindən baş verib.

Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

***
İstanbulda sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində bir nəfər həlak olub.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, hadisə zamanı 157 nəfər xəsarət alıb.

***
İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan 120 nəfər xəstəxanaya yerləşdirilib.

***
İstanbulda baş vermiş təyyarə qəzasında 52 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azvision.az xəbər verir ki, bu barədə İstanbul şəhərinin valisi Ali Yerlikaya məlumat verib. Onun sözlərinə görə, yaralılar xəstəxanalara yerləşdirilib, onlara ilkin yardım göstərilib.

Nazir bildirib ki, qəza nəticəsində həlak olan yoxdur.

Qeyd edək ki, bu gün İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb. Təyyarədə 171 sərnişin və 6 ekipaj üzvü olub.

Azvision.az

Teqlər: Türkiyə   Təyyarə   Qəza