Elmar Məmmədyarov Baş katiblə görüşdü

Elmar Məmmədyarov Baş katiblə görüşdü
  06 Fevral 2020    Oxunub:2262
Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüşdə cari ilin 6 fevral tarixində Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.

Azvision.az



Teqlər: XİN   ElmarMəmmədyarov   Baş-Katib   Görüş  





Xəbər lenti