Ukraynada “Xocalı ayı” elan edilib

   Ukraynada “Xocalı ayı” elan edilib
  06 Fevral 2020    Oxunub:2610
Azərbaycanın Ukraynadakı səfirliyinin və soydaşlarımızın birgə təşəbbüsü ilə Ukraynada “Xocalı ayı” elan edilib.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Ukraynanın bütün vilayətlərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları, anım tədbirləri keçiriləcək.

Tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində yürüşlər təşkil olunacaq, Xocalı soyqırımını əks etdirən fotoinformasiya bukletləri paylanılacaq, soyqırımı haqqında elmi-praktik seminarlar keçiriləcək.

Azvision.az



Teqlər: Ukrayna   Xocalı   Faciə  





Xəbər lenti