ABŞ Senatı Trampa bəraət qazandırdı

  06 Fevral 2020    Oxunub : 1726
 ABŞ Senatı Trampa bəraət qazandırdı
ABŞ Konqresinin Senatı Prezident Donald Trampa impiçment proseduru çərçivəsində bəraət qazandırıb.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Trampa impiçment proseduru çərçivəsində ittihamın hər iki bəndi - səlahiyyətindən sui-istifadə və Konqresə mane olmaq üzrə bəraət qazandırılıb. Bununla da Trampa qarşı impiçment prosesi başa çatıb.