Koronavirusa yoluxanların sayı 28 mini ötüb

  06 Fevral 2020    Oxunub : 2104
 Koronavirusa yoluxanların sayı 28 mini ötüb
Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 28 min 73 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, 564 nəfər bu virusdan ölüb.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 24 min nəfərdən çoxdur, 3 min 859 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 549-u virusun aşkarlandığı və ən çox yayıldığı (19 min 665 nəfər) Hubey vilayətində qeydə alınıb.

Azvision.az

Teqlər: Çin   Koronavirus