Qəzaya görə İstanbul-Bakı reysinin istiqaməti dəyişdi

  06 Fevral 2020    Oxunub : 2255
Qəzaya görə İstanbul-Bakı reysinin istiqaməti dəyişdi
Sabiha Gökçen aeroportunda baş vermiş qəza ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına çatdırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Buta Airways” məlumat yayıb. Bildirilib ki, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar.

Xatırladaq ki, ötən gün İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

Azvision.az

Teqlər: İstanbul   Təyyarə