Bakıda axtarışda olan 13 nəfər saxlanılıb

Bakıda axtarışda olan 13 nəfər saxlanılıb
  06 Fevral 2020    Oxunub:1831
Ötən gün paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, onlardan 8 əvvəllki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Bakı   Polis  





Xəbər lenti