Bakıda Türk Şurası XİN rəhbərlərinin görüşü keçirildi - FOTOLAR (Yenilənib)

  06 Fevral 2020    Oxunub : 3943
Bakıda Türk Şurası XİN rəhbərlərinin görüşü keçirildi - FOTOLAR (Yenilənib)
Bu gün Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda qurumun baş katibi, üzv ölkələrin XİN rəhbərləri iştirak ediblər.

Mətbuata qapalı keçirilən tədbirdə bir sıra məsələlər, həmçinin təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Çıxışlardan sonra XİN rəhbərlərinin görüşü başa çatıb.

Qeyd edək ki, Türk Şurasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunur. Türk ölkələrini birləşdirən beynəlxalq təşkilat - Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb.















Pərvanə Sultanova
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: Türk-Şurası