Türkiyədə qar uçqununda ölənlərdən 11-i hərbçidir

  06 Fevral 2020    Oxunub : 1538
 Türkiyədə qar uçqununda ölənlərdən 11-i hərbçidir
Türkiyənin Van bölgəsində baş vermiş iki qar uçqununda ölənlərin sayı 38 nəfərdir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, ölənlərdən 11-i hərbçi, 8-i mühafizəçi, 3-ü xilasedici, 2-si yol polisi, biri “TürkSell” rabitə şirkətinin əməkdaşıdır.

Nazir qeyd edib ki, faciə zamanı 75 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda həkim nəzarətində olan 47 yaralıdan 6-nın vəziyyəti ağırdır.

Azvision.az

Teqlər: Türkiyə   Qar   Uçqun