Bülletenlərin seçki komissiyalarına verilməsi başa çatıb

 Bülletenlərin seçki komissiyalarına verilməsi başa çatıb
  06 Fevral 2020    Oxunub:2366
Milli Məclisə seçkilərlə bağlı bülletenlərin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.
Azvision.az xəbər verir ki, Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən, DSK-lar səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərini məntəqə seçki komissiyalarına verməlidir. Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu müddət fevralın 6-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasından seçki bülletenlərinin DSK-lara verilməsi prosesi fevralın 3-də başa çatıb.

Azvision.az



Teqlər: Seçki   Bülleten  





Xəbər lenti