Elektron hökumətdən yeni xidmət

Elektron hökumətdən yeni xidmət
  24 Dekabr 2013    Oxunub:628
Elektron hökumət portalı vasitəsilə yeni xidmət təqdim olunub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “www.e-gov.az” elektron xidmətlər portalı vasitəsilə vətəndaşlara “Telefonun addan-ada keçirilməsi” xidməti təqdim olunub.

Yeni xidmət vasitəsilə vətəndaş FİN kodu əsasında öz adına olan telefon nömrəsini bir addan digərinə keçirə bilər.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, e-xidmətdən istifadə üçün ilk növbədə “www.e-gov.az” portalına daxil olaraq “Telefonun addan-ada keçirilməsi” xidmətini seçmək tələb olunur. Açılan formanın içində istifadəçi öz adında olan şəhərdaxili telefon nömrəsini yazdıqdan sonra “səbəb” sətrində ona təqdim olunanı seçməlidir. Lazımi ödəniş aparıldıqdan sonra şəhərdaxili telefon nömrəsi bir addan başqa ada avtomatik olaraq keçirilir. Bu barədə olan qəbz PDF formatında istifadəçi tərəfindən çap oluna bilər.


Teqlər:





Xəbər lenti