Məmmədyarov növbədənkənar iclasın gündəliyini açıqladı

 Məmmədyarov növbədənkənar iclasın gündəliyini açıqladı
  06 Fevral 2020    Oxunub:2313
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclasının gündəliyi çox zəngindir.
Azvision.az xəbər verir ki, bunu iclasın açılışında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, gündəliyə beynəlxalq təşkilatlarla və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına üzv olmayan ölkələrlə əməkdaşlıq məsələləri daxildir: "Eyni zamanda Şura rəhbərinin quruma üzv ölkələr arasında əməkdaşlığın koordinasiya edilməsi ilə bağlı təklifləri müzakirə olunacaq. İclasda Türk Akademiyasının fəaliyyətinin genişləndirilməsi də diqqət mərkəzində olacaq. Həmçinin ATƏT, Sakit Okean Ölkələri Təşkilatı kimi beynəlxalq təşkilatlarla əməkdaşlığın tənzimlənməsini də müzakirə edəcəyik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti