Masallı sakini silah və narkotiklə tutuldu

Masallı sakini silah və narkotiklə tutuldu
  06 Fevral 2020    Oxunub:2414
Masallı sakinindən silah-sursat və narkotik götürülüb.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş B.Feyzullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən əlavə olaraq 24 qrama yaxın marixuana, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng və 24 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik   Masallı  





Xəbər lenti