Gəncədə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

Gəncədə qadınların işgüzar inkişafı təlimlərinə start verilib
  06 Fevral 2020    Oxunub:1764
Fevral ayının 4-də Gəncə şəhərində “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” layihəsinin təlimlərinə start verilib.
Azvision.az xəbər verir ki, qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.



Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək. Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli də Gəncədə təşkil edilən təlimin ilk gününün aktiv və səmərəli keçdiyini vurğulayıb. O bildirib ki, bugünkü təlimdə 200-ə yaxın qadın iştirak edib:

“Gəncə tarix boyunca Azərbaycanın fəal şəhərlərindən olub. Bu, heç dəyişməyib. Bu şəhərdə daim qadınlar da kişilərlə birgə çalışıb, səy göstərib, daha yaxşı Azərbaycan uğrunda yaşayıblar. Bu gün də təlimlərdə iştirak edən qadınların hər biri əzmkarlığı, istəyi və səyi ilə yadda qaldı. Təlimlərimiz hələ bir neçə gün davam edəcək. İnanıram ki, təlimin sonunda Gəncədə yaşayan qadınların sahibkarlıq fəaliyyəti üçün layihələri hazır oalcaq və yaxın aylarda onların reallaşmasını görəcəyik”.



Layihəyə dəvət olunan beynəlxalq təlimçi Soner Şahan da Gəncə təliminin ilk günündən bol təəssüratla ayrıldığını və buradakı qadınların gələcəkdə çox yaxşı işlər görəcəyinə inandığını bildirib:

“Bu təlimdə mən anladım ki, Azərbaycanın harasına getsək, belə çalışqan və həvəsli qadınlarla qarşılaşacağıq. Onlar sahibkar olmaqdan çəkinmir, qarşılaşacaqları istənilən çətinliyi aşmağa hazırdırlar. Proqramda nəzərdə tutulan kimi bu gün ideyaları dinlədik. İçlərində yararlı, hətta bizi təccübləndirən fikirlər vardı. Hər biri üzərində yaxın günlərdə çalışacağıq”.

Layihə Gəncə ilə yanaşı, Quba, Mingəçevir, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonlarını da əhatə edir.

Qeyd edək ki, 2017-ci ildən etibarən “ASAN Könüllüləri” və “Coca-Cola” Fondu tərəfdaşları ilə birlikdə Gəncə, Masallı və Qəbələdə yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün “Uğurlu qadın uğurlu gələcək layihəsi” icra edib. Layihə çərçivəsində bu ərazilərdə yaşayan 312 nəfər qadın və qızlar turizm sahibkarlığı mövzusunda təlimlərə qoşulublar.

Azvision.az


Teqlər: Gəncə   Təlim  





Xəbər lenti