Türkiyə XİN rəhbəri: “Ərdoğan və Putin görüşə bilər”

Türkiyə XİN rəhbəri:   “Ərdoğan və Putin görüşə bilər”
  06 Fevral 2020    Oxunub:2432
"İdlibdə baş verənlər bütün dünyada narahatlıq doğurdu. Biz Suriya üzrə qarant dövlətlər olan Rusiya və İranla məsələni gündəmdə saxlayırıq"
Azvision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, İdlibdə vəziyyətin pisləşməsi Türkiyəni narahat edir: "Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələni müzakirə etdi. Bu istiqamətdə birgə çalışmaqla bağlı qərar verildi. Bu məsələ ilə əlaqədar Rusiyadan Türkiyəyə heyət gələcək. Onların çalışmalarından sonra ehtiyac olarsa, liderlər Ərdoğan və Putin görüş keçirə bilər".

Çavuşoğlu əlavə edib ki, Rusiya ilə heç bir problem yoxdur, əsgərlərə hücum edənlər rejim qüvvələridir: "Bizim də səbrimizin həddi var və biz bunu hərbçilərimiz şəhid olduqdan sonra göstərdik. Problemləri həll etmək üçün Rusiya ilə əməkdaşlığı davam etdiririk, mən şəxsən özüm Lavrovla son günlər iki dəfə danışmışam".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti