XİN rəhbərlərinin görüşündə Qarabağ müzakirə edildi

XİN rəhbərlərinin görüşündə Qarabağ müzakirə edildi
  06 Fevral 2020    Oxunub:2982
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, hazırki durum barədə məlumat verilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirinin müavini Ramiz Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Xarici İşlər naziri Elmar Məmmədyarov Prezident İlham Əliyevin adından daim bu məsələdə Azərbaycana dəstək verdikləri üçün türkdilli dövlətlərin rəhbərlərinə təşəkkür edib.



R.Həsənov, həmçinin qeyd edib ki, iclasda qeyri-üzv dövlətlərin müşahidəçi status alması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı, Macarıstanda yerləşən ofisin fəaliyyətə başlaması və digər məsələlər müzakirə olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bakı  





Xəbər lenti